Eddi İsrafilov cəzalandırıldı
04.07.2020 , 18:56

“Albasete”də çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək.
Korner.az xəbər verir ki, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVII turunda “Alkorkon”la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdır.
İsrafilov sarı vərəqə limitini doldurub və “Malaqa” ilə görüşdə meydanda olmayacaq. “Albasete” – “Alkorkon” matçı 1:1 hesabı il yekunlaşıb.
