Hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən “Real Mursia” klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin Qətərin Doha şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib. Bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.