Milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadiz” İspaniya ikinci liqasında növbəti oyununa çıxıb.
Komanda ikinci turda “Alkorkon”u qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.
İsrafilov sözügedən qarşılaşmada oynayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib.
