ECA-nın regional iclası Bakıda
12.02.2019 , 17:10

Bu gün Bakıda ilk dəfə Avropa Klublar Assosiasiyasının (ECA) regional iclası keçirilib.
“Qarabağ” klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə, (“Beşiktaş”, “Fənərbaxça”, “Başakşehir”) İsrail (Hayfa və Təl-Əviv “Makkabi”si), Rusiya (“Zenit”, MOİK), Moldova (“Daçia” və “Zimbru”) Belarus (Minsk “Dinamo”su) və Litva (“Jalgiris”), eləcə də Azərbaycanın “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib.
Toplantıda 2021-24-cü illərdə reallaşacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Qeyd edək ki, martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda Avropa Klublar Assosiasiyasının baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərək UEFA-ya təqdim olunacaq.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov ECA İşçi qrupunun büro üzvüdür.
