"Qalatasaray"ın fildişili futbolçusu Emanuel Ebue Robin van Persinin "Mançester Yunayted"ə transfer olunması ilə bağlı öz fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, heç kəsin gözləmədiyi ifadələr işlədən cinah müdafiəçisi "tvitter" sosial şəbəkəsində bunları yazıb:
"Van Persiyə rəqabət açıram. Əsla geri çəkilməyəcəm. O, hollandiyalı bir "eşşək"dir. Ona, heç vaxt hörmət qoymuyacam. Arsen Venqer, van Persini sataraq yaxşı gəlir əldə etdi. Lakin Ser Alek Ferquson böyük bir axmaqdır. Çünki, Ferquson bilməli idi ki, van Persi gələn mövsüm belə oynaya bilməyəcək".
