Ebue ev yandırdığına görə həbs edilib
09.07.2018 , 11:37

“Arsenal”ın və “Qalatasaray”ın sabiq futbolçusu Emmanuel Ebue həbs edilib. Futbolçu iyunun 30-da Londonda saxlanılıb. O, evi yandırılmasında şübhəli bilinir.
Ebue yanan evin həndəvərində olub və özünü olduqca şübhəli aparıb. O, 2017-ci ilin dekabrında verdiyi müsahibədə bildirmişdi ki, həyat yoldaşından ayrılıb.
Məhkəmənin qərarı ilə onun bütün əmlakı həyat yoldaşına verilib. Ebue elə həmin müsahibəsində etiraf etmişdi ki, intihar etməyə yaxın olub.
