Dzeko Xorvatiya klubunun hədəfində
11.07.2024 , 16:30

“Fənərbağça”nın oyunçusu Edin Dzeko Xorvatiya klubunun transfer gündəminə düşüb.
Korner.az xəbər verir ki, futbolçu ilə sözügedən ölkənin “Hayduk” klubu maraqlanır.
Split təmsilçisi Dzeko üçün 4 milyon avro maaş vəd edir.
37 yaşlı futbolçu üçün yaxın zamanda rəsmi təklifin olacağı gözlənilir.
