Dyeqo Simyone Qrizman ilə bağlı danışdı
30.03.2019 , 13:15

“Atletiko” Madrid klubunun baş məşqçisi Dyeqo Simyone Antuan Qrizman klubdan ayrılacağı istiqamətdə verilən sualı cavablandırıb.
Qrizmanın vacib oyunçu olduğunu vurğulayan argentinalı çalışdırıcı sözlərinə belə davam edib:
“Qrizman bizim üçün çox vacib oyunçudur. Onun başqa kluba gedib-getməyəcəyini dəqiq bilmirəm. Bir həqiqət var ki, onsuz “Atletiko”nu təsəvvür etmirəm.”
Qeyd edək ki, Antuan Qrizmanın klubdan ayrılmaq istəməsi ilə bağlı xəbərlər yayılıb.
