Dyeqo Simyone Koştaya verilən cəza ilə bağlı danışdı
12.04.2019 , 17:23

“Atletiko” Madrid klubunun baş məşqçisi Dyeqo Simyone futbolçusu Dyeqo Koştaya verilən cəzanın ədalətsiz qərar olduğunu bildirib.
Argentinalı baş məşqçi heç cür 8 oyunluq olması ilə barışa bilmir.
“Verilən cəzadan sonra Koşta ilə 45 dəqiqə bu barədə danışmışam. Cəzanın verilməsi ilə razıyam, amma 8 oyunluq cəza ilə heç cür barışa bilmirəm”.
Qeyd edək ki, La Liqanın 31-ci turu çərçivəsində keçirilən “Barselona” – “Atletiko” Madrid görüşündə hakimi təhqir edən Dyeqo Koşta qırmızı vərəqə alaraq meydandan qovulmuşdur.
