Dyeqo Koştanın cəzası bəllidir
11.04.2019 , 19:30

İspaniya La Liqasının 31-ci turunda “Barselona” ilə görüşdə qırmızı kart alaraq meydandan qovulan Dyeqo Koştanın cəzası bəlli olub.
“Atletiko” Madrid klubunun hücumçusu hakimi təhqir etdiyi üçün 8 oyunluq cəzalandırılıb. Bununla da, ispaniyalı futbolçu mövsümü bitirib.
Qeyd edək ki, İspaniya çempionatının bitməsinə 7 tur qalıb.
