Futbol

“Düzgün oynayaraq, qələbə qazandıq” – Vüqar Məmməd

30.08.2019 , 19:19

Viktor Bannikov beynəlxalq turnirində Litva yığmasına 3:1 hesabı ilə qalib gələn 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi turniri 7-ci pillədə başa vurub.

Korner.az xəbər verir ki, yığmanın baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına açıqlama verib.

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Daha öncə dediyim kimi, oyundan-oyuna komanda yüksəlişdədir. Litva yığması kollektiv olaraq çox güclü müdafiə olunan komanda idi. Turnirdə keçirdikləri 3 oyunda qapılarından cəmi 2 qol buraxmışdılar. Bu oyunda taktiki gedişlərdən əlavə, futbolçulardan tələbimiz o idi ki, yaxşı oyun nümayiş etdirib qələbə qazansınlar. Taktiki baxımdan düzgün oynayaraq, qələbə qazanmağı bacardıq”.

Son yazılar

Yuxarı