“Düzgün oynaya bilmədik” – Roberto Bordiin
10.12.2018 , 09:00

“Komanda çox yaxşı oynamadı. Bu matçı düzgün oynaya bilmədik”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
“Ağ-qaralar” Topaz Premyer Liqasının XIV turunda öz meydanında “Sumqayıt”la heç-heçə edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Bu dəfə alınmadı, hücumda çoxala bilmədik. Sona yaxın risklər etdik. Oyunun sonlarına yaxın qol vurmağa çalışdıq. Düzgün mövqelər tapa bilmədik, tapdıqda isə istifadə etməyi bacarmadıq”.
– Baqali Dabonun yoxluğu aşkar hiss olunurdu. Komandanıza fransalı forvard kimi hücumçu lazımdır. Siz belə düşünmürsünüz?
– Baqali Dabonun əvəzində Namiq Ələsgərova şans verdik, özünü yaxşı tərəfdən göstərdi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki, ilk pillədəyik. Yaxşı nəticə əldə etməyə çalışsaq da, alınmadı.
