“Mən bütün komanda ilə fəxr edirəm. Oyun ərzində bəzi səhvlərə yol versək də, hər kəs ürəkdən çıxış elədi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Mariehamn” klubunun futbolçusu Tommi Virtanen “İnter”lə oyundan sonra deyib. Finlandiya klubunun müdafiəçisi ötən gün Bakıda qeydə alınan 1:1 hesablı nəticə ilə bağlı daha sonra bunları dilə gətirib: Düşünürəm ki, 1:1 hesabı yaxşı nəticədi. Artıq bizim “İnter”i keçmək üçün yaxşı imkanımız var”. Bu komandalar arasında cavab görüşü iyulun 11-də Finlandiyada keçiriləcək.
