“Çətin oyun olacağını bilirdik. "Qarabağ"ıa səfərdə oynamaq çətindi. Xal qazanmaq istədik. Təssüf ki, bacarmadıq. "Qarabağ" elə komandadır ki, səhvi bağışlamır. Diqqətsizlik etdik. İlk hissədə iki qol buraxdıq. İKinci hissədə bəzi dəyişiklik etdik, çalışdıq qol vuraq. "Qarabağ" müdafiəsini yarmaq çətindi. İkinci dövrəyə pis başlamışıq. Bundan çıxmaq lazımdı. Futbolçulara da dedim ki, gələn oyun mütləq qələbə lazımdı. Çalışacam ki, bu durumu futbolçulara unutduraq.”
Bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Topaz Premyer Liqasının XIX turunda “Zirə”ni qəbul edən ağdamlılar matçdan 2:0 hesablı qalibiyyətlə ayrılıb. Oyundan sonra baş tutan mətuat konfransıda təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Radikal addımlar atmışdınız. Sizcə səhv etdiniz?
– Səhv etdiyimi demirəm. Radikal da deməzdim. Biz hər oyundan oyuna bəzi oyunçuları dəyişirik. Bu gün "Qarabağ"la oynayrıdıq. Müdafiətyə yaxşı olan oyuçulara üstünlük verirdik. Bilirdik ki, Pedronun topa davranışı yaxşıdı. Buna görə hazırlaşmışdıq. 4 gün sonra bir oyunumuz da var. Çalışacağıq mövcud durumdan çıxaq.
