“Düşünmürəm ki, bizim oyunumuza təsiri olsun” – Düdelanjın qapıçısı
11.12.2019 , 20:58

Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Conatan Juber Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Korner.az xəbər verir ki, qolkiper saat fərqinin ciddi təsir etməyəcəyini deyib:
“Düşünmürəm ki, bizim oyunumuza təsiri olsun. Bunu nəzərə alıb, 1 gün əvvəl tez gəldik. Yuxuyla bağlı problemimiz olsa da, sabah bunun öhdəsindən gələcəyik”.
