Topaz Premyer Liqasının XXII turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib.
Korner.az-ın məlumatına görə, oyun birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov bunları deyib:
“Oyundan və nəticədən razı qaldım. Düşündüklərimi meydanda görə bildim. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Oyun boyu temp aşağı düşmədi. Xüsusən də ikinci hissədə. Rahid Əmirquliyevi neticə nə olur olsun meydana buraxmaq kimi fikrim var idi.
