Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutur
06.11.2020 , 18:55

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq,Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutur.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ordumuz düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görür.
