Gündəm

Düşmən Qarabağda 2400 hərbçisinin öldüyünü açıqladı

16.11.2020 , 21:08

Qarabağdakı döyüş əməliyyatları zamanı erməni hərbçilərinin ölüm sayı təxminən 2400 nəfərdir, bir neçə yüz nəfər isə itkin düşüb”.

Korner.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, itkin düşənlər siyahısında olanlardan bəzilərinin hələ də sağ qaldıqlarına ümid etdiyini deyib.

Paşinyan milli matəm gününün meyitlərin tapılıb tanınması prosesi başa çatdıqdan sonra elan edilməsinin mümkünlüyünü vurğulayıb.

Ermənistan Müdafiə Nazirliyi 1383, Səhiyyə Nazirliyi isə 2317 hərbçinin öldüyünü açıqlamışdı.

Son yazılar

Yuxarı