Düşmən Horadizi atəşə tutub
01.10.2020 , 18:57

Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutmaqda davam edir.
Korner.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.
