Düşmən Goranboy və Tərtəri atəşə tutur
28.10.2020 , 15:02

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutur.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
