Düşmən Ermənistan ərazisindən Qubadlını atəşə tutur
02.11.2020 , 19:07

Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.
Korner.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.
