Duqlas Luis yenidən “Aston Villa”da!
28.01.2026 , 22:30
Duqlas Luis karyerasını yenidən “Aston Villa”da davam etdirəcək.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Yuventus”dan Birmingem klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə təmsilçisi bu transfer üçün 2 milyon avro ödəyəcək.
Müqaviləyə əsasən, “Aston Villa” futbolçunu 25 milyon avroya tam heyətinə qata bilər. Bundan əlavə, müəyyən şərtlərin yerinə yetirilməsi halında bonus ödənişləri də nəzərdə tutulub.