Duqlas Kosta zədələndi
05.02.2019 , 19:36

“Yuventus”un futbolçusu Duqlas Kosta zədələnib.
Braziliyalı yarımmüdafiəçi A Seriyasının son turunda “Parma” ilə oyunda xəsarət alıb. 28 yaşlı futbolçunun 10 gün meydana çıxa bilməyəcəyi bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl avtomobil qəzası keçirən Kosta heç bir xəsarət almamışdı.
