“World Coach Ranking” nəşri dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıb.
Qurban Qurbanov 1379 mütəxəssis arasında 490-cı pillədə qərarlaşıb. Ağdam klubunun çalışdırıcısının hesabında 1238 reytinq xalı var.
Ukraynalı baş məşqçisi Roman Qriqorçuk 937 xalla 606-cı yerdədi.
Siyahıya “Barselona”nın baş məşqçisi Luis Enrike (18 896 xal) başçılıq edir. “Sevilya”nın çalışdırıcısı Unai Emeri (13 198) ikinci, “Bavariya”da işləyən Pep Qvardiola (13 021) isə üçüncüdü.