2010/11-ci il mövsümündə “Çikaqo Bullz”un heyətində NBA-nın ən dəyərli oyunçusu (MVP) olmuş Derrik Rouz hazırda azad agentdir. ESPN nəşri basketbolçunun klubsuz olmasına rəğmən heç bir təklif almadığını bildirir.
Mövsümün əvvəlində “Nyu-York Niks” komandasından “Klivlend Kavalyers”ə keçən oyunçu üçlü mübadilədən (trade) sonra “Yuta Cazz” klubuna keçib. Lakin “Yuta” Derrikdən imtina edib. Azad agent olan dünyanın ən gənc MVP-si ilə “Minesota Timberuolvz” və “Vaşinqton Uizards” komandası maraqlanırdı. Lakin onlar da son olaraq Rouzdan imtina edib
Rouz bu mövsüm 9.8 xal, 1,8 ribaund və 1.6 assist ortalaması ilə oynayıb.
