2012-ci ilin ən yaxşı qapıçılarının siyahısını açıqlanıb.
Korner.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) geridə qalan ildə açıqladığı ən yaxşıların siyahısında bu dəfə 8 qapıçı yer alıb.
Siyahıda son dünya və Avropa çempionu İspaniya millisinin qolkiperi İker Kasilyas birinci olub. Madrid "Real"ının əlcək sahibi 224 xalla bütün rəqiblərini qabaqlayıb.
İllərin təcürbəsi, İtaliya yığması və "Yuventus"un qapıçısı Canluici Buffon 128 xalla ikinci, "Çelsi"nin çexiyalı qapıçısı Peter Çex isə 92 xalla üçüncü pillədə qərarlaşıb.
