İtaliya milli komandasının təcrübəli qapıçısı Canluci Buffon 1:1 bitən İspaniya matçından sonra fikirlərini mətbuatla bölüşüb.
Korner.az-ın məlumatına görə, əlcək sahibi, oynadıqları oyunla özlərini sübut etdiklərini dilə gətirib. Kasilyasın necə qapıçı olması sualını cavablandıran Buffon bunları deyib:
"Kasilyas ilə mən. Dünyanın ən yaxşı qapıçısı bizikmi? Bu suala cavab verə bilməyəcəm. Ancaq onu deyim ki, 2 həftə əvvəl "Leççe" ilə oyunda etdiyim səhvə görə məni çox tənqid etdilər".
