“Atletiko”nun Dieqo Kostanı transfer etməsi madridlilərin müdafiəçisi Felipe Luizi sevindirib. Braziliyalı müdafiəçi 28 yaşlı hücumçunun keçidindən sonra dahda da çox uğur qazanacaqlarına inanır:
“Dünyanın ən yaxşı 3 hücumçusundan birni transfer etmişik. Bu böyük uğurdu. Klub tarixində Dieqonun çox vacib yeri var. Şübhəsiz, onun gəlişi ilə daha böyük işlər görəcəyik və o uğura çatmağmıza kömək edəcək”.
