Dünyanın ən yaşlı futbolçusundan xəbər var
26.02.2019 , 16:48

Dünyanın ən yaşlı futbolçusu Kazuyoşi Miura bu gün 52-ci yaş gününü qeyd edir.
Miura professional futbolçu karyerasına 19 yaşında başlayıb. 23 yaşında Yaponiya millisinin heyətində debüt edib. 2005-ci ildən “FC Yokohama” klubunun şərəfini qoruyan yaponiyalı futbolçu ardıcıl 34-cü futbol mövsümünü keçirir.
Qeyd edək ki, 50 yaşında rəsmi görüşlərdən birində fərqlənən Miura ən yaşlı qol vuran ilk futbolçu olaraq adını tarixə yazdırıb.
