Madridin “Real” klubu 2013/14-illər mövsümündə gəlirlərinə görə dünyada 1-cidir.
Korner.az-ın məlumatına görə, bunu “Deloitte” auditor şirkətinin hesablamaları göstərir.
Mövsümün yekunlarına görə Madrid təmsilçisinin gəliri 549,5 milyon avro olub. Bu, ötən mövsümlə müqayisədə 30,6 milyon daha çoxdu.
Qeyd edək ki, “Real” artıq 10-cu ildir ki, ardıcıl olaraq dünyanın bütün klublarını bu göstəricidə qabaqlayır.
Dünyanın ən varlı 20 klubu
1. “Real” – 549,5
2. “Mançester Yunayted” (İngiltərə) – 518
3. “Bavariya” (Almaniya) – 487,5
4. “Barselona” (İspaniya) – 484,6
5. PSJ (Fransa) – 474,2
6. “Mançester Siti” (İngiltərə) – 414,4
7. “Çelsi” (İngiltərə) – 387,9
8. “Arsenal” (İngiltərə) – 359,3
9. “Liverpul” (İngiltərə) – 305,9
10. “Yuventus” (İtaliya) – 279,4
11. “Borussiya” (Dortmund, Almaniya) – 261,5
12. “Milan” (İtaliya) – 249,7
13. “Tottenhem” (İngiltərə) – 215,3
14. “Şalke” (Almaniya) – 213,9
15. “Atletiko” (ispaniya) – 169,9
16. “Napoli” (İtaliya) – 164,8
17. “İnter” (İtaliya) – 164
18. “Qalatasaray” (Türkiyə) – 161,9
19. “Nyukasl” (İngiltərə) – 155,1
20. “Everton” (İngiltərə) – 144,1
