Dünyanın ən qədim klubu sayılan “Şeffild Uensdey” klubunun prezidenti klubun satıldığını bildirib.
Korner.az-ın məlumatına görə, klubun prezidenti serbiyalı iş adamı Milan Mandaric ailəsi ilə daha çox vaxt keçirmək məqsədi ilə klubu satmaq istədiyini açıqlayıb.
Klubun yaxşı maliyyəsi olduğunu bildirən 74 yaşlı iş adamı, klubla bir neçə iş adamının maraqlandığını bildirib.
