Dünyanın ən bahalı klublarının adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, məşhur“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını tərtib edib.
Siyahıda Madrid "Real"ı birinci pillədə qərarlaşıb. İkinci yerdə "Mançester Yunayted"di. "Kral" klubunun əzəli və əbədi rəqibi "Barselona" isə ilk "üçlüyü" qapayır.
"İlk 10-luq"da yer alan klublar bunlardı:
1. "Real" – 3.3 milyard dollar
2. "Mançester Yunited" – 3.17 milyard
3. "Barselona" – 2,6 milyard
4. "Arsenal" – 1,32 milyard
5. "Bavariya" – 1,3 milyard
6. "Milan" – 945 milyon
7. "Çelsi" – 901 milyon
8. "Yuventus" – 694 milyon
9. "Mançester Siti" – 689 milyon
10. "Liverpul" – 651 milyon