“Barselona”nın futbolçusu Neymarın meneceri Vaqner Riberio müştərisinin yekun transfer qiymətini açıqlayıb.
Korner.az-ın məlumatına görə, təcrübəli iş adamı “sambaçı”nın qiymətinin 190 milyon avro olduğunu deyib.
Onun sözlərinə görə, Neymar yalnız üç kluba – PSJ, “Mançester Yunayted” və “Real Madrid”ə gedə bilər. Səbəb isə onun qiymətini bu üç nəhəngin qarşılaya bilməsidi. Vaqner:
“Dünyada Neymarın qiymətini qarşılaya biləcək sadəcə üç komanda var. Bundan çoxunu deyə bilməyəcəm, çünki bunlar gizli informasiyalardı. Sadəcə, onu da deyim ki, müştərim “Barselona”da çox xoşbəxtdi”
