Türkiyənin Sakarya şəhərini təmsil edən həvəskarlardan ibarət “Harunustaspor” klubu virtual valyuta ilə futbolçu transfer edib
Transfer ənənəviy yolla deyil, məhz bitkoinlə baş tutub. Belə ki, 22 yaşlı oyunçu Ömər Faruk Kıroğlu 0,0524 bitkoinlə (440 avro) klubun heyətinə cəlb edilib. Harunustaspor”un prezidenti Haldun Şehit bu transferi ölkəyə və dünyaya səs salmaq üçün etdiklərini bildirib: “Türkiyədə və dünyada ilk dəfə müqaviləni bitkoinlə bağladıq. Bu nailiyyətlə fəxr edir və bilirik ki, Türkiyədə və kriptovalyutadan yararlanan dünyada tanınacağıq”.
Qeyd edək ki, bitkoin 2009-cu ilin yanvarında elektron ödəniş sistemi kimi yaradılıb və tədricən böyük populyarlıq qazanıb. Həmin vaxtdan dünyada Litkoin, namekoin və s. kimi kriptovalyutalar ortaya çıxıb.
