Jerom Boatenq “Bavariya”nı tərk edəcəyilə bağlı suallara aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, futbolçu oyun praktikasının azlığından şikayyətlənirdi və onunla “Real”ın maraqlandığı iddia olunurdu.
Lakin futbolçu heç bir yerə getməyəcəyini açıqlayıb:
“Bavariya”nı tərk etmək kimi planım yoxdu. Dünyada “Bavariya” kimi cəmi bir neçə komanda var. Mən bu mövsüm az oynadım və buna görə də xoşbəxt olmamağım normaldı. Lakin mənə zədələr imkan vermədi. Yeni mövsümdə daha güclü olacam” (Sport Bild)
