İspaniya millisinin və “Real”ın qolkiperi İker Kasilyas yığma kareyrasını bitirmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, təcrübəli əlcək sahibi 2014-cü ildə yığma kariyerasını bitirmək istəyir.
Kasilyas bununla bağlı İspaniya mətbuatına açıqlama verib:
“2014 Braziliya çempionatı mənim üçün millinin heyətində sonuncu böyük turnir olacaq. Artıq mən Puyol, Xavi, Xabi Alonso Torres, Vilya biz öz yaşımızın fərqinə varırıq və yavş-yavaş getmək lazımdır. Növbəti mundial bizim üçün sonuncu olacaq və təsəvvür edin ki, həmin turniri qazanmaq bizim üçün nə demək olacaq”