Dünyanın ən güclü klub məşqçilərinin siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə daşıyaraq tarix yazan Böyükağa Hacıyev də, siyahıda qərarlaşıb. Azərbaycanın 4 məşqçisinin yer aldığı siyahıda ən yaxşı göstərici "ağ-qaralar"ın çalşdırıcısı Böyükağa Hacıyevə məxsusdu. Hacıyev 439 xalla 829-cu yerdə qərarlaşıb. İkinci belə yaxşı göstərici "Neftçi"nin məşqçisi Tərlan Əhmədova məxsusdu. 365 xalı olan məşqçi 884-cü yerdə qərarlaşıb
"Xəzər Lənkəran"dan istefaya göndərilən Yunis Hüseynov və "Bakı"nın sabiq baş məşqçisi Novruz Əzimov müvafiq olaraq, 1072-ci (164 xal) və 1297-ci (38 xal) pilləni tutub.
Siyahıya Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo başçılıq edir. Portuqaliyalı mütəxəssis 14.443 xala malikdir. Dieqo Simeone 13.843 xalla 2-ci, Xosep Qvardiola isə 12.477 xal. üçüncüdür.
