Dünya mediası Qurbanovdan yazır
24.02.2022 , 23:52

Dünyanın tanınmış mətbu orqanları “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa “Marsel”inə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı hərəkətindən yazıb.
Korner.az xəbər verir ki, “The Sun”, “Marca” və “RMC Sport” kimi nəşrlər “köhlən atlar”ın hücumçusu İbrahima Vadjinin əli ilə vurduğu qoldan sonra 50 yaşlı mütəxəssisin etdiyi feyr-pley jestinə yer ayırıblar.
“The Sun”, “Marca” və “RMC Sport” kimi nəşrlər isə Qurban Qurbanovun etdiyi feyr-pley jestindən yazıblar. “The Sun” bu hərəkəti heyrətamiz an kimi təsvir edib. “Marca” yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib. “RMC Sport” isə Qurbanovun bu dürüstlüyünü təmiz oyun adlandırıb.
