Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin Avropanın tanınmış klublarının maraq dairəsindədi
Korner.az-ın məlumatına görə, “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarından savayı, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.
“Mançester Yunayted”, “Bavariya”, “Monako”, “Benfika”, “Zalsburq” və “Middlsbro” klublarının skautları da UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın oyunlarını izləyəcək.
