“Dünya çempionu olsaq, alnıma tatu vurduracam” – Rakitiç
15.07.2018 , 16:52

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç Fransaya qarşı keçiriləcək DÇ-2018-in final oyunu öncəsi maraqlı açıqlama verib.
Jurnalistlərdən birinin “qalib gələcəyiniz halda, yeni tatu etdirəcəksinizmi” sualına Rakitiç belə cavab verib:
“Hə. Mənim alnımda yer çoxdur. Düşünürəm ki, bu, əla variantdir. Amma əvvəlcə xanımımla məsləhətləşəcəyəm”.
Xatırladaq ki, DÇ-2018-in Fransa – Xorvatiya finalı bu gün Bakı vaxtı ilə saat 19.00-da başlanacaq.
