Peşəkar boksçu Conni Tapia vəfat edib.
Korner.az-ın məlumatına görə, 46 yaşlı 5 qat dünya çempionunun cəsədi yaşadığı ABŞ-ın Albukerka şəhərindəki evində aşkar edilib.
İdmançının ölümünün səbəbi hələ müəyyənləşməyib. Polis isə onun işgəncələr verilərək, həyatına son qoyulması ehtimalının çox az olduğunu bildirib.
Qeyd edək ki, Tapia professional boksa 1988-ci ildə başlayıb, axırıncı döyüşünü isə 2011-ci ilin yayında keçirib.