“Azəryol” voleybol klubu baş məşqçisi Aleksandr Çervyakovla vidalaşıb.
Korner.az-ın məlumatına görə, baş məşqçinin postundan istefa etmə səbəbi səhhəti ilə bağlı olub. Ancaq Çervyakov tam işsiz qalmayıb. Ona klubda texniki direktor vəzifəsi həvalə edilib. Təcrübəli mütəxəssisin yerinə gələcək şəxsin də adına aydınlıq gətirilib. Belə ki, Çervyakovu köməkçisi kimi çalışmış Ziya Rəcəbov əvəz edəcək.
Klubdan verilən məlumata görə, Z.Rəcəbov ən azı mövsümün sonuna kimi əsas çalışdırıcı olacaq. Hələ ki, gənc mütəxəssisin köməkçiləri bəlli deyil, kim olacağı isə yaxın zamanlarda məlum olacaq.
Qeyd edək ki, Rəcəbov “Rabitə” ilə Azərbaycan Superliqasını və dünya çempionluğunu qazanıb.
Xatırladaq ki, “Azəryol” hazırda davam edən çempionatda 5 oyundan sonra 8 xalla 3-cü pillədədir. CEV Kubokunda isə komanda 1/8 finala qədər yüksələ bilib. (aut.az)