Bu gün gələn il Rusiyada keçiriləcək dünya çempionatının püşkü atılacaq. Mərasim Moskvada Dövlət Kreml sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Aparıcılar veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar.
Qeyd edək ki, Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq.
Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
