Dünya çempionatının ən yaxşıları açıqlandı
16.07.2018 , 10:32

DÇ-2018-in ən yaxşıları müəyyənləşib.
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç turnirin ən yaxşı oyunçusu seçilib. Turnirin ən yaxşı gənc oyunçusu adına Fransa millisinin üzvü Kilian Mbappe layiq görülüb. Belçika millisinin qolkiperi Tibo Kurtua ən yaxşı qapıçı olub.
Turnirdə 6 qol vuran İngiltərə yığmasının üzvü Harri Keyn bombardir olub.
Qeyd edək ki, Fransa finalda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək dünya çempionatının qalibi olub.
