Türkiyənin Dünya çempionatında təmsil edəcək FİFA referisi Cüneyt Çakıra TÜrkiyə Futbol Federasiyası tərəfindən maraqlı təyinat alıb.
Korner.az-ın məlumatına görə, Cüneyt Çakır Dünya çempionatında da köməkçisi olacaq Bahatdin Duranla birgə Türkiyə Həvəskarlar Liqasının 17 yaşlılardan ibarət “Zeytinburnu Damlaspor” və “Medafon” klubları arasında oynalının matçı idarə edib.
Qeyd edək ki, “Selimiyye” stadionunda azarkeşlərin də böyük maraq göstərdiyi qarşılaşmada hakimlərdən ibarət bir qrup “Cüneyt Çakır, İstanbul hakimləri sizinlə qürur duyur” yazılan pankart asıblar.
