Mundial tarixində yeni bir rekorda imza atılıb.
Korner.az–ın məlumatına görə, yeni rekord "DÇ-2014"ün F qrupunda dünən Argentina – Bosniya və Herseqovina matçında (2:1) baş verib.
Qarşılaşmanın üçüncü dəqiqəsində (144-cü saniyə) Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç öz qapısına qol vurub. Bu isə dünya çempionatı tarixinində ən erkən vurulan avtoqol olub.