Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesov DÇ-2018 açılış matçında Səudiyyə Ərəbistanı üzərində qazandığı qələbədən (5:0) sonra fikirlərini bölüşüb. O bildirib ki, təkcə sözlərlə heç kimi əmin etmək olmaz.
Təcrübəli mütəxəssis matçdan sonra qələbəyə görə sevincli olduğunu deyib: “Dünən mətbuat konfransında bildirdik ki, sözlə hələ heç kim heç kimi əmin etməyib. Biz öz oyunumuzla sözümüzü dedik. Dünya çempionatında layiqli çıxış etmək istədiyimizi göstərdik. Futbolçularıma tapşırıqlarımı yerinə yetirdiklərinə görə təşəkkür edirəm”
Xatırladaq ki, Rusiya millisi açılış matçında Səudiyyə Ərəbistanına 5:0 hesabı ilə qalib gəlib.
