Futbol

Dünya çempionatında əlavə əvəzetməyə icazə verildi

09.01.2021 , 19:28

Klublararası dünya çempionatında oyunçu dəyişikliyi ilə bağlı yeni qaydadan istifadə olunacaq.

Korner.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, oyun vaxtı hər hansı futbolçu beyin sarsıntısı keçirdikdə əlavə əvəzetməyə icazə veriləcək. Komandalar matç ərzində bu imkandan yalnız bir dəfə yararlana biləcəklər. Turnirdə ümumi əvəzetmə sayı isə beş olacaq.

Klublararası dünya çempionatı bu ilin ikinci yarısında Yaponiyada keçiriləcək. Turnirin son qalibi İngiltərənin “Liverpul” klubu olub.

Son yazılar

Yuxarı