2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edən daha bir komandanın adı dəqiqləşdi.
DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə 9-cu turunda İspaniya Albaniyaya 3:0 hesabı ilə qalib gəlməklə buna nail olub.
DÇ-2018-ə vəsiqə qazananların sayı 11-ə çatıb. Daha əvvəl təşkilatçı Rusiya (ev sahibi), Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə və Belçika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
