DÇ-2018-in final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
Bu Misir yığmasıdır. Komanda DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsinin 5-ci turda Konqoya 2:1 hesabı ilə qalib gələrək sona 1 tur qalmış E qrupunda birinciliyi təmin edib. Bununla da Misir 28 ildən sonra mundialın finalına vəsiqə qazanıb.
Qeyd edək ki, Misir DÇ-2018-in finalında oynamağı təmin edən 15-ci komanda olub. Bundan əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
